Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

17:13 26.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 26-da Azərbaycanda 56 355 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 654, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42 701 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 8 349 945, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 713 750, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 636 195 təşkil edir.

Oxunma sayı 32