Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

18:49 01.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 988 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 391, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 597 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 505 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 971 523, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 533 683 təşkil edir.