Yazını böyüt
Yazını kiçilt
Avqustun 15-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 54 890 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 551, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 339 nəfərdir.
Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 5 794 232, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 419 938, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 374 294 təşkil edir.