Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda ilk dəfə beşəm dünyaya gəlib.
Hafta.az-ın məlumatına görə, dünən gecə özəl xəstəxanaların birində 29 yaşlı Azərbaycan vətəndaşı Lamiyə Mürşüdlü doğum edib.
Məlumata görə, doğulan körpələrdən dördü oğlan, biri qızdır. Oğlanlardan ikisinin çəkisi 1100 qr, biri 1000 qr, biri 845 qr, qız isə 1200 qr olub. Beşəm hamiləliyin 29-cu həftəsində həkim ginekoloqlar Öndər Tulumbacı və Emin Haqverdiyevin nəzarəti altında dünyaya gəlib.
Hazırda ana və uşaqların vəziyyəti normaldır.

