Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlanıb

22:30 05.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 5-nə olan statistik göstəriciləri açıqlayıb.

Hafta.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 811 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 328 385 test aparılıb.

Oxunma sayı 1973
Sosial rubrikasından digər xəbərlər