Azərbaycanda nadir quşu ovlayan ərəb cəzalandırıldı

16:48 19.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xarici ölkə vətəndaşının Biləsuvar rayonu, Muğan kəndi ərazisində Azərbaycanın “Qırmızı Kitabı”na düşmüş bəzgək quşunu ovlaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

 

Hafta.az xəbər verir ki, bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Qətər vətəndaşı Salem Jaber AZAl-Marri olduğu müəyyən edilib.

 

“Faktla bağlı təqsirkar şəxs barəsində akt, protokol tərtib olunub və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllləsinin 272.3-cü maddəsinə əsasən 2330 manat məbləğində cərimələnib”, - o deyib.