Azərbaycanda qadınlar COVID-19-a daha çox yoluxur - SƏBƏB

13:15 19.08.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirusa yoluxanlar arasında qadınlar üstünlük təşkil edir. Rəsmi məlumata görə, ölkədə COVID-19-a yoluxanların 53 faizi qadın, 47 faizi kişilərdir.

Bəs görəsən statistik göstəricilərdəki qadınlar və kişilər arasında yaranmış 6 faizlik fərqə səbəb olan amillər nələrdir? Qadınların aktiv ictimai həyatı, yoxsa orqanizmin daha az müqavimətliliyi?

Bu barədə hafta.az-a açıqlama verən həkim-infeksionist Nicat Əzimli bildirir ki, bunun tək açıqlaması qadınların ictimai aktivliyi ola bilər. Lakin belə bir araşdırma var ki, qadın orqanizmi kişi orqanizminə nisbətən hormonların fərqliliyi səbəbindən xəstəliyə qarşı daha müqavimətlidir.