Yazını böyüt
Yazını kiçilt
Hörmüz boğazından istifadə üçün “rüsum” müəyyənləşdiriləndə Çin və digər dost ölkələrə xüsusi güzəştlər nəzərdə tutulacaq.
Hafta.az xəbər verir ki, bunu İranın Pekindəki səfiri Əbdülrıza Rəhmani Fəzli deyib.
İranlı diplomat vurğulayıb ki, bu mühüm su dəhlizi son müharibə nəticəsində İranın milli təhlükəsizliyi ilə bağlı məsələyə çevrilib. Səfir əlavə edib ki, Oman Sultanlığı ilə əməkdaşlıq və koordinasiya şəraitində Hörmüz boğazına dair yeni qaydalar müəyyənləşəcək.