“Azərbaycanın hərbi doktirinasında dəqiqləşdirilmələr aparılmalıdır”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elşad Mirbəşir bildirib.
Deputat qeyd edib ki, Azərbaycan Respublikasın;n hərbi doktrinası 2010-cu ildə qəbul olunub və doktrinanın 75-ci maddəsi göstərir, yeni geosiayasi reallıqlara uyğun olaraq doktrinada dəqiqləşdirmələrin, dəyişilmələrin aparılması mümkündür.
“Beynəlxalq müstəvidə yeni geosiyasi reallıqlar, təhlükəsizliyə yeni təhdidlər yaranır. Eyni zamanda Cənubi Qafqazda, yeni geosiyasi reallıqlar formalaşıb və bu da ona əsas yaradır ki, doktrina dəyişikliklərinin vaxtıdır. Azərbaycanın hərbi təhlükəsizliyinə təhdidlərin xarakteri də dəyişib. Azərbaycan bölgədəki reallıqları öz gücünə dəyişməyi öz üzərinə götürüb. Bu məqam da doktrinada yer almalıdır”.
Fransa kimi dövlətlərin Azərbaycanın ərazi bütövlüyünə qəsd etdiyini, separatizmi dəstəklədiyini qeyd edən deputat, hesab edir ki, Azərbaycan Hərbi Doktrinada dəyişiklik zamanı milli təhlükəsizliyimizin təhdid altında qalmasında rol alan dövlətlərin adının yer almasını təklif edib.