Yazını böyüt
Yazını kiçilt
İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2021-ci ilin yekununda Azərbaycanın nominal ümumi daxili məhsulu 50 milyard dollardan çox olacaq.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan artıq 2022-2026-cı illər üçün iqtisadi inkişaf strategiyası çərçivəsində qoyulan hədəflərə nail olunmasını təmin edib.
Onun sözlərinə görə, bu ilin 11 ayı ərzində Azərbaycanda ÜDM-in artım tempi 5,3 faiz, o cümlədən qeyri-neft sektorunda 6,4 faiz təşkil edib.