Azərbaycanın qırmızı xətti Qarabağla bağlıdır - Açıqlama

17:20 21.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Paşinyanın təklif etdiyi “çərçivə sazişi” nin mahiyyəti məlum deyil.

Bu fikirləri hafta.az-a ANAP sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, Paşinyanın dediyindən belə çıxır ki, Azərbaycanın təklif etdiyi layihədə razılaşdırılması mümkün olamayan məqamlar var. Belə hesab edir ki, həmin müddəaları təklif olunan sülh sazişindən çıxarıb, ilkin olaraq müəyyən çərçivə sazişi imzalamaq olar. 

“Ermənistan Azərbaycanın irəli sürdüyü təklifdə nə ilə razılaşmadığını açıq bildirməlidir. Bu sülh sazişində Rusiyanı nəyin qane etmədiyini bildik.  Rusiya Prezidenti “Valday”da bəyanat verib dedi ki, “əgər Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyırsa, biz buna etiraz eləmirik”. Ermənistanın Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıması Praqa sənədində öz əksini tapıb. Soçidə, də eyni sənəd imzalandı. İndi Paşinyan açıq deməlidir ki, hansı məsələ Ermənistanı  qane eləmir və o məsələləri saziş layihəsindən çıxarıb ortaya hansı çərçivə sazişi qoymaq istəyir. Azərbaycanın qırmızı xətti Qarabağla bağlıdır. Sülh sazişində Qarabağ ifadəsi keçməməlidir və Qarabağ barədə Azərbaycanın Ermənistanla danışmayacağını hamı bilməlidir.  Suverenliyimizi tanıyıbsansa ərazimlə bağlı iddia irəli sürməyin qeyri-mümkündür. Azərbaycanın bu mövqeyi tamamilə düzgündür. İnanmıram ki, ABŞ Ermənistanın bu mövqeyini dəstəkləsin. Ermənistan indi Rusiyaya sığınır. Rusiyanın bölgədən çıxarmaq üçün şərait yaranıb və ABŞ bundan istifadə etmək istəyir. Paşinyanın bu çərçivə sazişi nə ABŞ, nə Aİ tərəfindən dəstəklənməyəcək”.

Siyasət rubrikasından digər xəbərlər