Azərbaycanın U-16 komandası türk həmyaşıdlarına məğlub olub

23:50 27.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib.

Hafta.az AFFA-nın saytına istinadla xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilən oyun 3:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Millimizin heyətində 72-ci dəqiqədə Sadiq Məmmədli fərqlənib.

Komandalar arasında növbəti qarşılaşma sentyabrın 29-da keçiriləcək.

Oxunma sayı 1580