Azərbaycanın U-17 millisi Monteneqroya qalib gəlib

09:08 20.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Monteneqroda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.

Hafta.az xəbər verir ki, meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu 65-ci dəqiqədə Onur Əliyev vurub.