Azərbaycanlı güləşçi ABŞ çempionu oldu 

14:25 12.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

SSRİ, Belarus və Rusiya yığmalarının Azərbaycan əsilli keçmiş sərbəst güləşçisi Vüqar Orucovun oğlu Vüqar Orucov ABŞ çempionu olub.

 

Hafta.az xəbər verir ki, 61 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan 24 yaşlı idmançı sentyabrda Serbiyada keçiriləcək dünya çempionatında iştirak hüququ qazanıb.

 

Qeyd edək ki, Vüqar Orucov Barselona-1992 Yay Olimpiya Oyunlarının bürünc medalçısı, 2 qat dünya və Avropa çempionudur.