Azərbaycanlı iş adamına qarşı sui-qəsd – ŞOK OLAY

20:10 03.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tbilisidə "Lilo Mall" ticarət mərkəzində azərbaycanlı iş adamı Roman İsayevə silahlı hücum olub. Bu barədə Gürcüstan telekanalları məlumat yayıb.

Başından güllə yarası alan iş adamının xəstəxanaya aparıldığı, həkimlərin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd olunur ki, silahlı şəxs ticarət mərkəzindəki tekstil mağazasının sahibi Roman İsayevdən danışmaq üçün bayıra çıxmasını istəyib, lakin o, bundan imtina edib. Bundan sonra hücum edən şəxs atəş açaraq onu yaralayıb və sonra qaçıb.

Bildirilir ki, polis hazırda hadisəni törədən şəxsi axtarır, yaralanma anı videomüşahidə kamerasına düşüb.

Faktiki olaraq cinayət işi açılıb. Haqqın.az