Türkiyənin Trabzon vilayətində azərbaycanlı kişi tərəfindən qandondurucu qətl törədilib.
Hafta.az-ın yazdığına görə, Ortahisar rayonunun Meydan Parkındakı açıq kafedə görüşən əslən azərbaycanlı, 34 yaşlı Elvin Umayevlə həyat yoldaşı, 38 yaşlı Turanə Umayeva arasında mübahisə düşüb. Əvvəldən yola getməyən cütlük boşanma ərəfəsində olublarmış. Mübahisə isə uşaqlara görə yaranıb. Elvin Umayev qadını uşaqları ona göstərməməkdə suçlayıb. Amma Turanə onunla daha əsəbi danışıb. Bu zaman tapancasını çıxaran Elvin Turanənin başına bir əl atəş açaraq onu öldürüb. Arvadını gözünü belə qırpmadan öldürən qatil ər kafedən gedib və özü polisə təslim olub.
Araşdırma zamanı bəlli olub ki, Elvin Türkiyəyə gəlməzdən öncə narkotik alveri etdiyi üçün 10 il həbsdə yatıb və cəmi 4 ay öncə azadlığa çıxıbmış.