Azərbaycanlılar Türkiyədə  qəbirstanlıq yaratdılar, amma məktəb yarada bilmədilər - Fazil Mustafa

12:30 09.06.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Sosial durumu ilə bağlı Naxçıvandan Türkiyəyə gedib mühacirət həyatı yaşayan azərbaycanlılar orda qəbirsanlıq yaratdılar, amma məktəb yarada bilmədilər”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa bildirib.

F.Mustafa qeyd edib ki, Türkiyə ilə siyasi sahədə hərtərəfli inkişaf edən münasibətlərimiz olsa da, digər sahələrdə olan problemləri çözə bilmirik.

Deputat xüsusilə tibb üzrə Türkiyədə təhsil alan məzunların sonradan həmin ölkənin tibb müəssisələrində yerli həkimlərlə eyni səviyyədə ölkəyə töhfələr versələr də, eyni maaş ala bilmədikləri bir kənara, digər imkanlardan da yararlana bilmədiklərini qeyd edib. O, savadlı mütəxəssislərlə bağlı ikili yanaşmaların olmaması üçün müəyyən addımların atılmasına ehtiyac duyulduğunu deyib.