“Azeri Light” neftinin qiyməti 76 dollara yaxınlaşır

10:52 31.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan neftinin qiyməti bahalaşıb.

Hafta.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,5 dollar artaraq 75,86 dollar təşkil edib.

Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

Oxunma sayı 499