“Aztelekom” MMC aztəminatlı ailələrə bayram sovqatı paylayıb - FOTO

10:58 23.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC daha bir sosial məsuliyyət tədbiri həyata keçirib.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, Ramazan bayramı münasibəti ilə qurumun kollektivi tərəfindən bir qrup ailəyə bayram sovqatı hazırlanıb.

Bayram ərəfəsində “Aztelekom”un əməkdaşları aztəminatlı ailələrə bayram sovqatını çatdırıb.

“Aztelekom” MMC xeyirxah təşəbbüsləri gələcəkdə də davam etdirməyi nəzərdə tutur.

Oxunma sayı 206