Azyaşlıya spirtli içki verib görüntüləri yayan şəxs cəzalandırıldı

16:20 07.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlaxda azyaşlıya spirtli içki verib görüntüləri sosial şəbəkədə yayan şəxs məlum olub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, azyaşlıya spirtli içki verərək görüntülərini sosial şəbəkədə yayan şəxs Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 189.1-ci (uşaqların təlim-tərbiyəsi vəzifələrini valideynlər və onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

Oxunma sayı 1541