Bağçada azyaşlıya şiddət göstərildi - VİDEO

17:26 30.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda bağçaların birində azyaşlıya qarşı şiddəti əks etdirən görüntülər yayılıb.

Hafta.az Baku.ws-ə istinadən xəbər verir ki, görüntülərin Tovuz rayonunun Qovlar şəhərində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçasında qeydə alındığı iddia olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, görüntülərlə bağlı Tovuz RPŞ-də araşdırma aparılır.