Yazını böyüt
Yazını kiçilt
Abşeronda və Bakıda 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində və Bakı şəhərinin Sabunçu rayonunda biri azyaşlı olmaqla 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfəri xilas edib, 2 nəfərə köməklik göstərib.