“Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi 6 ay ərzində illik fəaliyyət proqramına əsasən bütün parametrlər üzrə öz işinin öhdəsindən gəlib. Komitədə 6 qanun layihəsi hazırlanıb, 5 sənəd əsasında müəyyən rəy və təkliflərimizi aidiyyatı orqanlara bildirmişik”.
Hafta.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə bildirib.
Komitə sədri qarşıda dayanan məsələlərə diqqət çəkib. O, əsas məsələlərdən biri kimi “Uşaq hüququları haqqında” yeni qanun layihəsinin başa çatdırılaraq müzakirə üçün müəyyən dairələrə göndərildiyini qeyd edib.
Komitə sədri eyni zamanda bir sıra qanun layihələrinə dəyişikliklərin həyata keçiriləcəyini, 4 məcəllə, 6 qanunda dəyişikliyin nəzərdə tutulduğunu deyib.
“Üzərimizə qoyulan öhdəliklərlə bağlı 16 dövlət proqramı həyata keçirmişik” - B.Muradova bildirib.