Nazirlər Kabineti yanında Operativ Qərargahı ölkəfə karantin rejiminin 27 apreldən başlayaraq yumşaldılmasına başladılıb. İş yerlərinin açılması vətəndaşların bir yerdən digər yerə getməsini labüd edəcək. Düzdür, avtobuslar fəaliyyət göstərsə də, daşınmada metronun daha çox öz üzərinə yük düşür. Bəs yaxın günlərdə metronun açılması gözlənilirmi?
Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov hafta.az-a açıqlama verərək dedi ki, bu barədə hələ ki, bizə məlumat verilməyib:
"Nazirlər Kabineti yanında Operativ Qərargahının səlahiyyətində olan bir işdir. Bizim işimiz odur ki, metro infrastrukturunu qoruyub saxlayaq ki, qərar verilən zaman biz metronu işə salıb, sərnişinlərimizi qəbul edə bilək".