Bakı sakini qətlə yetirildi

13:58 13.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az bildirilib ki, oktyabrın 13-də saat 12:30 radələrində Bakı şəhərinin Sabuçu rayonu Bakıxanov qəsəbəsində 1988-ci il təvəllüdlü Hüseynov Elməddin Ədilxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, 1984-cü il təvəllüdlü Hüseynov Nəsimi Sətdar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində olub.

Araşdırma aparılır.