Bakıda 26 yaşlı gənc güllələndi

11:34 07.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Nərimanov rayonunda güllələnmə hadisəsi baş verib.

Hafta.az  APA-ya istinadən  xəbər verir ki, hadisə Rasim Muxtarov küçəsi 43 ünvanında qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Sədiyev Ziyadxan Rafiq oğlu sol ayağından odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları cəlb edilib.