Bakıda 3 otaqlı ev yanıb

10:58 03.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 3 otaqlı ev və içərisindəki əşyalar yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.