Bakıda 300-dən artıq əsas küçə, prospekt və yol dezinfeksiya olunacaq

12:16 29.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 30-u səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Paytaxtın kommunal strukturlarından hafta.az-a verilən məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.