Bakıda 80 min manatlıq inşaat materialları oğurlandı

11:48 15.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 80 min manatlıq inşaat materialları oğurlanıb.

Hafta.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Nərimanov rayonu ərazisindəki mağazaların birindən 80.000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nazir Cavadov və Ağdaş rayon sakini Mehman Məcidov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.