Bakıda "Al market" qarət edildi

10:52 01.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda marketdən oğurluq olub.

Hafta.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Al market” də baş verib. Naməlum şəxs marketin satıcısının fikrini yayındıraraq oradan 338 manat dəyərində tütün məlumatları oğurlayıb.

Binəqədi rayonu Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Vüqar Kərimov saxlanılıb.

 

Araşdırma aparılır.

Oxunma sayı 1751