Yazını böyüt
Yazını kiçilt
Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən bir anbardan 18340 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sergey Kuznetsov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.