Yazını böyüt
Yazını kiçilt
Bakıda avtomobil təmiri sexində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 600 m² olan bir dam altında tikilən avtomobil təmiri sexlərindən sahəsi 44 m² olan kimyəvi təmizləmə sexinin lambirindən ibarət tavanı və içərisindəki əşyalar yanıb.
Bitişik sexlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.