Bakıda axtarılan qatil tutuldu

16:39 01.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, noyabrın 26-da Yasamal rayonu ərazisində Əli Əliyevin qəsdən öldürülməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yasamal rayon prokurorluğundan hafta.az-a verilən məlumata görə, aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində 28 noyabr 2020-ci ildə cinayəti törətməkdə şübhəli bilinən şəxs Abdullayev Həsənağa Fazil oğlu tutulub.

O, 30 noyabr 2020-ci ildə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Oxunma sayı 666