Bakıda baş verən yanğında bir polis xəsarət alıb - DİN

21:21 23.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqəli polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.

Bu barədə hafta.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Əraziyə əlavə canlı qüvvə cəlb edilib. Obyektdə olan şəxslər oradan tam təxliyə ediliblər.

Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.

Hazırda tədbirlər davam etdirilir.