Bakıda başına daş piltəsi düşən 14 yaşlı oğlan öldü

16:30 05.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda başına daş piltəsi düşən 14 yaşlı Əli Şabanov dünyasını dəyişib. 

Hafta.az xəbər verir ki, bu barədə Sputnik-Azərbaycan-a Əli Şabanovun yaxınları bildiriblər. Hazırda uşağın nəşi evlərinə aparılır.


Xatırladaq ki, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində baş verib.

Aprelin 30-da axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binanın yanından keçən 2004-cü il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb. Ağır kəllə-beyin travması alan Ş.Əli komaya düşüb. O, Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alırdı. Həkim uşağın vəziyyəti son dərəcə ağır qiymətləndirmişdi.

Oxunma sayı 197