Bakıda bəzi fərdi evlər və həyətyanı sahələri su basıb

14:30 26.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

26 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri sakinlərindən yağışların törətdiyi fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, qəbul edilmiş müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, Nazirlik tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb. Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin müxtəlif ərazilərində bəzi fərdi evlər və həyətyanı sahələr subasmaya məruz qalıb.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının canlı qüvvə və texnikası suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Oxunma sayı 22