Bakıda bir sıra yollarda sıxlıq yaranıb

08:35 12.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Hafta.az xəbər verir ki, bu barədə nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hazırda sıxlıq müşahidə edilən yolların siyahısı:

1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

5. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində.