Bakıda birmərtəbəli evdə yanğın

22:59 19.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 1 otaqlı evin dəhlizində 1 ədəd qaz sobası və 1 ədəd yataq dəsti yanıb.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 10 m² sahədə əriyib və 2 ədəd qapı qarsalanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.