Bakıda bu istiqamətlərdə nəqliyyat sıxlığı var

08:10 27.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.

Hafta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məluat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.