Bakıda dənizdə batan iki nəfərin meyiti tapılıb

14:28 13.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda dənizdə batan iki nəfərin meyiti tapılıb.

Hafta.az-ın xəbərinə görə, dənizdə batan şəxslərdən birinin meyitini dalğa dəniz sahilinə çıxarıb.

Digər şəxsin meyiti isə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən dənizdən çıxarılıb.

Qeyd edək ki, ötən gün Sabunçu rayonu Pirşağı qəsəbəsində qeyri-çimərlik ərazisində iki nəfərin boğulması barəsində məlumat daxil olub. Əraziyə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.