Bakıda dizel yanacağının istehsalı artıb

19:26 17.02.2019
Yazını böyüt
Yazını kiçilt

Keçən il paytaxtda dizel yanacağının istehsalı çoxalıb.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadən xəbər verir ki, 2018-ci ildə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 99,5 milyon manat olmaqla əvvəlki illə müqayisədə sabit qiymətlərlə 3 faiz artıb.

Neft məhsullarından yanacaq mazutunun istehsalı 60 faiz, avtomobil benzininin istehsalı 2,4 faiz azalıb.

Ağ neftin istehsalı 4,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 8,7 faiz, dizel yanacağı istehsalı 3,2 faiz, sürtkü yağlarının istehsalı 4,4 dəfə, neft bitumunun istehsalı 22 faiz, neft koksunun istehsalı isə 7,6 faiz çoxalıb.