Bakıda fəhlə betonlanmış çuxura yıxılıb öldü 

22:21 23.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Nəsimi rayonunda təmir-tikinti zamanı kişi hündürlükdən yıxılıb.

 

Hafta.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, 1964-cü il təvəllüdlü Həsənov İlham İbaş oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün nazirliyə müraciət daxil olub.

 

Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

 

 Həyata keçirilən tədbirlər nəticəsində İ.Həsənovun meyit tikinti sahəsindəki betonlanmış çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.