Bakıda gözətçi evi yandı 

23:49 19.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 4 m² olan gözətçi otağının içərisində 1 ədəd döşək və elektrik qızdırıcısının kabeli yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

 

Otaq, içərisində olan 2 ədəd qaynaq aparatı və hər birinin həcmi 10 litr olan 4 ədəd propan qaz balonu yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.