Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları sona yaxınlaşır 

13:36 12.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışları sona yaxınlaşır.

Hafta.az xəbər verir ki, turnirin sonuncu – dördüncü günündə kişilər dayaqlı tullanma, dəstəli at, turnik, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlər üzrə final yarışlarında güclərini sınayacaqlar.

Milli komandamızın üzvləri İvan Tixonov turnik, Nazənin Teymurova isə sərbəst hərəkətlərdə final yarışlarında iştirak edəcəklər.

Turnirdə 49 ölkədən 173 idmançı iştirak edir.