Bakıda ikimərtəbəli evdə yanğın - Xəsarət alan var

13:34 18.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ikimərtəbəli evdə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 60 m² olan ikimərtəbəli, 3 otaqlı evin 2-ci mərtəbəsində bir otaqda 1 ədəd yataq dəsti yanıb.

Yüksək temperaturdan otağın və dəhlizin lambirdən ibarət tavanı 6 m² sahədə əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.