Bakıda intihar cəhdinin qarşısı alınıb

15:37 16.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda intihar cəhdinin qarşısı alınıb.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Oxunma sayı 499