Bakıda keçmiş məhkum ofisdən pulqabı oğurlayıb

12:38 27.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə avqustun 25-də Sarayevo küçəsindəki ofislərin birindən içərisində 1700 manat pul və sənəd olan pulqabının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş M.Əhmədov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.