Bakıda kişi meyiti tapıldı

09:38 02.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 2-də saat 06:30 radələrində Səbail rayonu ərazisində üzərində xəsarət izləri olan naməlum kişi meyiti olması ilə bağlı polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən hafta.az-a bildirilib ki, araşdırmalarla naməlum şəxsin 1960-cı il təvəllüdlü Xəlilov Adil Maştı oğlu olması müəyyən edilib.

 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Əsədullayev Mərdan Xanoğlan oğlu saxlanılıb. M.Əsədullayev sərxoş vəzəyyətdə olub, tufeyli həyat tərzi keçirir.

 

Araşdırma aparılır.