Bakıda kran yaşayış binasının üzərinə aşdı, ölən var - VİDEO-YENİLƏNİB

14:42 04.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qaldırıcı kranın aşması nəticəsində 1 nəfər ölüb.

Hadisə şahidlərinin hafta.az-a verdiyi məlumata görə, qəzada kranın sürücüsü ölüb.

***

Bakıda qaldırıcı kran aşıb.

Hafta.az-ın məlumatına görə, hadisə Həsən Əliyev küçəsində baş verib. Hadisə yerində olan şahidlərin sözlərinə görə, kran ərazidə bina tikintisi üçün istifadə olunurmuş.

Hazırda hadisə yerinə FHN əməkdaşları cəlb olunublar.

Hadisə yerində olan şahidlərin sözlərinə görə, kranın sürücüsü ölüb.