Bakıda kütləvi dava: 2 nəfər bıçaqlandı

10:51 24.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Nizami rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

Hafta.az APA-ya istinadən xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsində qeydə alınıb.

27 yaşlı İbrahim Qasımov və 24 yaşlı Mehdixan Cavadov beş nəfərlə kütləvi dava zamanı bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxunma sayı 1143